,“Qələbə“ dairəsi təmirə görə BAĞLANDI

13:57 30.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, “Qələbə“ dairəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Hafta.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Buna səbəb aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işlərinin aparılması göstərilib.